"Milan" dayandı, "Feyenoord" 1/8-də

İtaliyada keçirilən Çempionlar Liqasının cavab pley-off qarşılaşmasında "Milan" və "Feyenoord" komandaları 1:1 hesablı heç-heçə ediblər.
90plus.az xəbər verir ki, ilk oyunda 1:0 hesablı qələbə qazanan "Feyenoord" bu nəticə ilə 1/8 final mərhələsinə vəsiqə qazanıb.
Oyunda artıq 1-ci dəqiqədə ev sahiblərinin hücumçusu Santiaqo Ximenez hesabı açdı və "Feyenoord"u çətin vəziyyətə saldı. Bununla belə, 73-cü dəqiqədə Xulian Karranza bərabərlik qolunu vuraraq qonaqlara ümid verdi. Oyunda daha bir qol vuran bilməyən "Milan" turnirdə mübarizəni dayandırdı.
Hollandiya çempionu "Feyenoord" iki oyunun nəticəsinə görə 2:1 hesabı ilə qalib gələrək Çempionlar Liqasında əsas mərhələyə adlayan ilk komanda olur.
Matçda vurulan qolların videoları:
https://t.me/doxsanplus/98175
https://t.me/doxsanplus/98171
© Copyright 2025, All Rights Reserved