“Milan” hücumçusunu Premyer Liqaya satdı

Noa Okafor rəsmi olaraq “Lids Yunayted”də!
90plus.az xəbər verir ki, "Milan”ın hücumçusu Noa Okafor karyerasını İngiltərədə davam etdirəcək. 25 yaşlı futbolçu Premyer Liqa təmsilçisi “Lids Yunayted” ilə 4 illik müqavilə imzalayıb.
Transfer klubun mətbuat xidməti tərəfindən rəsmən təsdiqlənib.
Qeyd: “Lids” yeni mövsümə uğurlu start verib – komanda ilk turda “Everton”u 1:0 hesabı ilə məğlub edib.
© Copyright 2025, All Rights Reserved