“Milan” “Liverpool”u 4:2 hesabı ilə məğlub etdi

Honq Konqda təşkil olunan mövsüm öncəsi hazırlıq turnirində İtaliyanın nəhəng klubu “Milan” İngiltərə təmsilçisi “Liverpool”u 4:2 hesabı ilə məğlub edərək "The Standard Chartered" Kubokunun qalibi oldu.
90plus.az xəbər verir ki, qarşılaşmada “Milan” komandasının qollarını 10-cu dəqiqədə Leao, 52-ci dəqiqədə Ruben Loftus-Cheek, 59 və 90+4-cü dəqiqələrdə isə Noah Okafor vurdu. Gənc hücumçu Okafor oyundakı performansıyla komandasının ulduzuna çevrildi.
“Liverpool” tərəfinin qollarını isə 26-cı dəqiqədə Dominik Szoboszlai və 90+3-cü dəqiqədə Kodi Qakpo qeydə aldı.
Gərgin keçən qarşılaşmanın ardından “Milan” mövsüm öncəsi turniri qələbə ilə tamamlayaraq "The Standard Chartered" Kubokunu qazanmış oldu.
© Copyright 2025, All Rights Reserved