"Milan" "Liverpul"un qapıçısına "elçi düşdü"
Italiyanın "Milan" klubu yay transfer pəncərəsində ciddi yenilənməyə hazırlaşır və qapıçı Mayk Meniyanın mümkün gedişini nəzərə alaraq yeni namizədlər üzərində işləyir.
90plus.az xəbər verir ki, "Rossoneri" rəhbərliyi onun əsas əvəzləyicisi kimi "Liverpul" klubunun braziliyalı qapıçısı Alisson Bekkeri seçib. Məlumata görə, "Milan" artıq oyunçunun nümayəndələri ilə ilkin danışıqlara başlayıb.
"Liverpul" gələn yay satışa açıq olmaq ehtimalını dəyərləndirir. Alissonun 2027-ci ilə qədər müqaviləsi olsa da və hazırda 33 yaşında olduğundan, transfer məbləğinin münasib səviyyədə olacağı gözlənilir.
Alissonun transferi "Milan" üçün böyük uğur hesab oluna bilər, çünki klub Menyanın gedişindən sonra qapıda yeni dövrü dünya səviyyəli qapıçı ilə başlamaq imkanını əldə edəcək.
© Copyright 2025, All Rights Reserved