“Milan” müdafiəçi axtarır
“Milan” müdafiə xətti üçün Murillonu gündəmdə saxlayır.
90plus.az xəbər verir ki, “Nottingem Forest”in mərkəz müdafiəçisi Murillo “Milan”ın transfer siyahısına daxil edilib. Klubun idman direktoru İqli Tare müdafiə xəttini gücləndirmək üçün müxtəlif variantları nəzərdən keçirir.
Məlumata görə, “Milan”ın Milan Şkrinyar və Federiko Qatti ilə bağlı planları çətinliklə üzləşib. Bu səbəbdən “rossoneri” daha əvvəl maraq göstərdiyi Co Qomez variantını yenidən gündəmə gətirib.
Digər tərəfdən, “Çelsi”nin müdafiəçisi Aksel Disasi də “Milan” tərəfindən bəyənilir. Lakin fransız futbolçu ilə bağlı “Roma” və “Vest Hem”in də marağı var və o, hazırda “Milan” üçün əsas prioritet sayılmır.
Qeyd: Klub müdafiə xəttində daha əlçatan və uyğun profil axtarışını davam etdirir.
🔗: Calciomercato
© Copyright 2026, All Rights Reserved