"Milan" rus qapıçı transfer etmək istəyir

“Milan” Rusiya millisinin və PSJ-nin qapıçısı Matvey Safonova maraq göstərir.
90plus.az bildirir ki, Paris klubunda kifayət qədər şans qazana bilməyən rus qolkiper özü də başqa komandaya keçmək istəyir.
“Rossonyerlər” Safonovu icarəyə götürməyi düşünür. 26 yaşlı qapıçının PSJ ilə müqaviləsi 2029-cu ilin 30 iyun tarixinədək qüvvədədir. İtaliya klubu artıq PSJ-yə rəsmi təklif göndərib.
Yaxın günlərdə transferin baş tutub-tutmayacağı bəlli olacaq.
© Copyright 2025, All Rights Reserved