"Milan" Rusiyadan futbolçu almaq istəyir
“Milan” Rusiya klubu "Zenit”də çıxış edən futbolçu Qustavo Mantuanı transfer etməyi planına daxil edib.
90plus.az xəbər verir ki, “rossonerilər” mövsüm başa çatdıqdan sonra braziliyalı oyunçunu heyətinə qatmağı düşünür.
24 yaşlı müdafiəçi “Zenit”lə 2030-cu il 30 iyunadək qüvvədə olan müqaviləyə malikdir. “Milan”ın onun transferi üçün 5 milyon avro ödəməsi tələb olunur.
Mantuan “Korintians” klubunun yetirməsidir və 2022-ci ildə bu komandadan Sankt-Peterburq təmsilçisinə transfer olunub.
© Copyright 2025, All Rights Reserved