"Milan" Serbiyadan futbolçu alır
"Milan" gənc hücumçu Andriya Kostiçi transfer etməyə hazırlaşır.
90plus.az xəbər verir ki, İtaliya nəhəngi 19 yaşlı monteneqrolu futbolçu üçün "Partizan"la razılığa gəlib. Məlumata görə, transferin dəyəri təxminən 5 milyon avro olacaq.
Qeyd olunur ki, bu məlumat jurnalistlər Luça Maninetti və Fabrizio Romano tərəfindən yayılıb.
Kostiç cari mövsümdə Serbiya çempionatında 27 oyunda 11 qol vurub. "Partizan"ın heyətində ondan daha çox fərqlənən yalnız Jovan Miloşeviç olub (12 qol).
© Copyright 2026, All Rights Reserved