"Milan" üçün kabus, "Kremoneze" üçün tarix: "San-Siro"da tarixi qələbə

A Seriyasının ilk turu "Milan" üçün məyusedici, "Kremoneze" üçün isə tarixi nəticə ilə başa çatıb.
90plus.az xəbər verir ki, "San-Siro" stadionunda keçirilən oyunda "Kremoneze" "Milan"ı 2:1 hesabı ilə məğlub edərək mövsümə böyük sürprizlə başlayıb.
Bu qələbə "Kremoneze" üçün "San-Siro"da tarixə düşən ikinci qələbə olub. Onlar sonuncu dəfə 1992-ci il mayın 10-da bu arenada "İnter" üzərində 2:0 hesablı qələbə qazanmışdılar.
"Milan" isə "Kremoneze"yə qarşı son illərdəki uğursuz seriyasını qıra bilməyib. "Rossoneri" son dəfə 1995/96 mövsümündə "Kremoneze"ni 7:1 hesabı ilə məğlub etmişdi. O vaxtdan bəri tərəflər arasında oynanılan matçların hamısı "Milan"ın xeyrinə nəticələnməyib – yalnız heç-heçələr və məğlubiyyətlər.
Qələbə "Kremoneze" üçün daha bir önəmli nailiyyətlə yadda qalıb. Belə ki, komanda tarixində ilk dəfə A Seriyasında mövsümün açılış matçında qələbə qazanıb. Bundan əvvəl, "Pələnglər" 8 mövsüm ardıcıl olaraq ilk turlarda məğlub olmuşdu.
© Copyright 2025, All Rights Reserved