"Milan" yeni hücumçusunu açıqladı - FOTO
“Milan” Níklaas Füllkruqu heyətinə qatdı.
90plus.az xəbər verir ki, İtaliya A Seriyası təmsilçilərindən “Milan” İngiltərə Premyer Liqa klubu “Vest Hem Yunayted”dən hücumçu Níklaas Füllkruqu mövsümün sonuna qədər satınalma opsiyonu ilə icarəyə götürüb.
Yeni transferlə bağlı rəsmi açıqlama “Milan” klubunun internet saytı vasitəsilə yayılıb. Bildirilib ki, almaniyalı forvard “Vest Hem Yunayted”dən icarə əsasında heyətə cəlb olunub.
Klubun açıqlamasında belə deyilir:
“Milan, Níklaas Füllkruqun Vest Hem Yunayteddən icarə əsasında kluba qoşulduğunu məmnuniyyətlə elan edir.”
“Milan”ın paylaşımında təcrübəli hücumçunun komandada 9 nömrəli forma ilə çıxış edəcəyi də qeyd olunub.
© Copyright 2026, All Rights Reserved