“Milan”da sevindirici xəbər – Pulişiç döndü
“Milan” klubunun hücumçusu Kristian Pulişiç zədəsini tam sağaldıb və yenidən komandanın ixtiyarına qayıdıb.
90plus.az xəbər verir ki, məşq prosesində xəsarət alan ABŞ millisinin ulduzu artıq tam hazır vəziyyətdədir və A Seriyasının növbəti turunda keçiriləcək “Torino” – “Milan” qarşılaşmasında meydana çıxa biləcək.
Pulişiç təxminən 10 gün yaşıl meydanlardan uzaq qalmışdı. Onun yoxluğu komanda üçün ciddi itki olmuş, “Milan” bu müddətdə İtaliya Kubokunun 1/8 final mərhələsində “Latsio”ya minimal hesabla (1:0) uduzaraq turnirlə vidalaşmışdı.
Xatırlatma: Pulişiç 2023-cü ildə “Çelsi”dən transfer olunub və hazırda “Milan”ın hücum xəttinin aparıcı futbolçularından biri sayılır.
Qeyd: “Milan” – “Torino” oyunu dekabrın 8-də keçiriləcək.
© Copyright 2025, All Rights Reserved