"Milan"dan Səudiyyə Ərəbistanı klubuna

"Milan"ın yarımmüdafiəçisi Yasin Adli karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
90plus.az xəbər verir ki, 25 yaşlı fransalı oyunçu “Əl-Şabab” klubu ilə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Adli ilə 3 illik müqavilə imzalanıb. Transfer qarşılığında “rossonyerilər” 8 milyon avro qazanıb.
Xatırlatma: Yasin Adli ötən mövsümü icarə əsasında “Fiorentina”da keçirib və 35 rəsmi oyunda 5 qol, 7 assistlə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved