"Milan"dan Yunanıstan klubuna

"Milan"la yollarını ayıran Luka Yoviçin yeni komandası bəlli olub.
90plus.az xəbər verir ki, serbiyalı forvard karyerasını Yunanıstan çempionatında davam etdirəcək.
Bu barədə AEK Afina klubunun mətbuat xidməti rəsmi açıqlama yayıb.
27 yaşlı hücumçu ilə 2027-ci ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalanıb.
Qeyd: Luka Yoviç geridə qalan mövsümdə "Milan"ın heyətində keçirdiyi 17 rəsmi oyunda 4 dəfə fərqlənib.
© Copyright 2025, All Rights Reserved