"Milan"ın futbolçusu "Nyukasl"ın marağında

"Milan" klubunun müdafiəçisi Malik Tiav Premyer Liqada çıxış etməyə bir addım daha yaxınlaşıb.
90plus.az xəbər verir ki, "Nyukasl Yunayted" almaniyalı mərkəz müdafiəçisinin transferini reallaşdırmaq üzrədir. Bu barədə tanınmış transfer insayderi Fabritsio Romano məlumat paylaşıb.
İngiltərə klubu Malik Tiav üçün "Milan"a 40 milyon avro təklif edib və İtaliya təmsilçisi bu məbləği qəbul edib. 24 yaşlı futbolçunun yaxın günlərdə "Nyukasl"la rəsmi müqavilə imzalayacağı gözlənilir.
Xatırlatma: Malik Tiav 2022-ci ilin yayında "Milan"a Almaniyanın "Şalke" klubundan transfer olunmuşdu. Almaniya yığmasının üzvü ötən mövsüm A Seriyasında 31 rəsmi oyuna çıxaraq 1 qol vurub və 1 məhsuldar ötürmə ilə fərqlənib.
© Copyright 2025, All Rights Reserved