"Milan"ın futbolçusu Premyer Liqaya keçdi
Alexandro Ximenes İngiltərənin “Bornmut” klubuna daimi keçid edib.
90plus.az xəbər verir ki, 20 yaşlı futbolçu əvvəlcə icarə əsasında komanda ilə çıxış edib və müqavilədə nəzərdə tutulan şərtləri yerinə yetirərək transfer bəndinin aktivləşməsinə nail olub.
Nəticədə “Bornmut” Ximenesi daimi olaraq heyətinə qatıb. Bu mövsüm gənc futbolçu Premyer Liqada 22 oyuna çıxıb və 1 qol vurub.
© Copyright 2026, All Rights Reserved