"Milan"ın futbolçusunda zədə problemi

90plus.az xəbər verir ki, "Napoli" və "Yuventus"la oyunlarda meydana sonradan daxil olan Rafael Leaunun çıxışı "Milan" azarkeşlərini qane etməyib. Portuqaliyalı hücumçu hər iki matçda da oyuna təsir göstərə bilməyib və xüsusilə "Yuventus" qarşısında vacib qol imkanlarını boşa verib.
"Tuttosport"un məlumatına görə, Leaunun zədədən dönmə vaxtının düzgün müəyyən olunmaması onun hazırkı fiziki durumuna mənfi təsir edib. Avqustun əvvəlində "Koppa İtaliya"da baldır nahiyəsindən aldığı zədə futbolçunun əsas hazırlıq prosesini ciddi şəkildə pozub.
Mənbə bildirir ki, Rafael Leau komanda ilə məşqlərə başlamazdan öncə daha uzun bərpa müddətinə ehtiyac duyurdu. Hazırda isə o, əvvəlki formasına qayıtmaq üçün ciddi şəkildə çalışmalıdır. Bununla belə, Portuqaliya millisindən aldığı çağırış onun tam bərpasına əlavə çətinlik yarada bilər.
© Copyright 2025, All Rights Reserved