"Milan"ın hücumçusu "Cenoa"ya transfer olundu

Lorenzo Kolombo "Milan" klubundan "Cenoa"ya keçib.
90plus.az xəbər verir ki, Genuya təmsilçisi 23 yaşlı forvardın icarə əsasında komandaya qoşulduğunu və müəyyən tələblər yerinə yetirildikdən sonra məcburi satınalma şərtinin qüvvəyə minəcəyini bildirib.
KİV-də yayılan xəbərlərə əsasən, futbolçunun tam şəkildə transferi "Cenoa"ya 10 milyon avroya başa gələ bilər.
© Copyright 2025, All Rights Reserved