"Milan"ın hücumçusu transferdə nöqtəni qoydu, getmir
“Fənərbağça”nın gündəmində olan Nkunku iddialara son qoydu.
90plus.az xəbər verir ki, “Fənərbağça”nın transfer siyahısında yer aldığı iddia olunan Kristofor Nkunku “Fiorentina” oyununun ardından gələcəyi ilə bağlı açıqlama verib.
“Milan”ın “Fiorentina” ilə 1:1 hesablı heç-heçə etdiyi qarşılaşmada komandasının yeganə qolunu vuran fransız futbolçu matçdan sonra yayımçı qurum DAZN-a danışıb.
Nkunku açıqlamasında “Milan”da qalmaq istədiyini açıq şəkildə bildirib. Təcrübəli hücumçu transfer xəbərlərinə münasibət bildirərək belə deyib:
“Transfer bazarı ilə bağlı yayılan xəbərlər sadəcə şayiələrdir. Mən ‘Milan’da qalmaq istəyirəm.”
Bu sözlərlə Nkunku adının “Fənərbağça” ilə yanaşı hallandırılmasına nöqtə qoyub.
İtaliya təmsilçisində performansını yüksəldən futbolçu son 5 oyunda 4 qol və 2 məhsuldar ötürmə ilə diqqət çəkib. Onun bu forması “Milan” azarkeşləri və klub rəhbərliyi tərəfindən də müsbət qarşılanır.
© Copyright 2026, All Rights Reserved