"Milan"ın müdafiəçisi "Əl-Hilal"a keçir: 25 milyon avro

İtaliyanın "Milan" klubunun fransalı sol cinah müdafiəçisi Teo Ernandes Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə razılığa gəlib.
90plus.az xəbər verir ki, Avropa mətbuatında yayılan məlumata görə, 27 yaşlı futbolçu üçün "Əl-Hilal" klubu "Milan"a 25 milyon avro təzminat ödəməyə hazırlaşır. Müqaviləyə əsasən, Teo Ernandes illik təxminən 20 milyon avro maaş alacaq və Səudiyyə Ərəbistanı klubu ilə 4 illik müqavilə imzalayacaq.
Tanınmış jurnalist Fabrizio Romanonun verdiyi xəbərə görə, həm futbolçu, həm də "Milan" klubu artıq "Əl-Hilal" ilə razılıq əldə edib.
Qeyd: Teo Ernandes ötən mövsüm "Milan" forması ilə 49 oyuna çıxıb, 5 qol vurub və 6 məhsuldar ötürmə verib.
© Copyright 2025, All Rights Reserved