Milli komadasnın baş məşqçisi ilə yollar ayrıldı
2026 FIFA Dünya Çempionatının startına 72 gün qalmış Qana Milli Komandasında gözlənilməz qərar verilib. Komandanın baş məşqçisi Otto Addo vəzifəsindən uzaqlaşdırılıb.
90plus.az xəbər verir ki, Qana Futbol Federasiyasının yaydığı rəsmi açıqlamada bildirilib: “Federasiya A milli futbol komandasının baş məşqçisi Otto Addo ilə dərhal qüvvəyə minmək şərti ilə yollarını ayırıb. Yeni baş məşqçinin adı ən qısa zamanda açıqlanacaq.”
Mütəxəssisin istefasına səbəb kimi son uğursuz nəticələr göstərilir. Qana Milli Komandası dünən keçirilən yoxlama oyununda Almaniyaya 2:1 hesabı ilə məğlub olub. Bundan əvvəl isə komanda Avstriyaya 5:1 hesabı ilə ağır yenilgi almışdı.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatı 11 iyun – 19 iyul tarixləri arasında keçiriləcək. Qana Milli Komandası turnirin L qrupunda İngiltərə, Panama və Xorvatiya ilə mübarizə aparacaq.
© Copyright 2026, All Rights Reserved