Milli komanda Bakıda İslandiyaya uduzdu
Bu gün Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsinin 5-ci turunda meydana çıxıb.
90plus.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığma Bakıdakı qarşılaşmada İslandiya millisi ilə üz-üzə gəlib.
Görüş İslandiyanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan 0:2 İslandiya
Albert Qvüdmündsson 20'
Sverrir İqnason 39'
Matçda vurulan qolların videoları:
https://t.me/doxsanplus/110611
https://t.me/doxsanplus/110613
Azərbaycan millisi sentyabrın 5-də Fernandu Santuşun rəhbərliyi altında keçirilən səfər oyununda İslandiyaya 0:5 hesabı ilə məğlub olmuşdu.
Millimiz növbəti matçını noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa yığmasına qarşı keçirəcək. Qarşılaşmanın start fiti saat 21:00-da veriləcək.
© Copyright 2025, All Rights Reserved