Milli komanda baş məşqçisi ilə yolları ayırdı
Rumıniya Futbol Federasiyası baş məşqçi Mirça Luçesku ilə yollarını ayırdığını açıqlayıb.
90plus.az xəbər verir ki, Federasiya prezidenti Rəzvan Burleanu məsələ ilə bağlı verdiyi açıqlamada Luçeskunun fəaliyyəti dövründə böyük fədakarlıq və bağlılıq nümayiş etdirdiyini bildirib. O qeyd edib ki, təcrübəli mütəxəssis milli komandaya olan sevgisi və futbola bağlılığı ilə hər kəsin hörmətini qazanıb.
Bununla yanaşı, federasiya Mirça Luçeskunun futbolçu və məşqçi kimi 60 ildən artıq davam edən karyerasına görə təşəkkür edib. Qeyd olunub ki, təcrübəli mütəxəssisin yaxın gələcəkdə federasiya daxilində inzibati vəzifədə fəaliyyət göstərməsi planlaşdırılır.
© Copyright 2026, All Rights Reserved