Milli komanda Belarusa yollanır
18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası fevralın 13-dən 16-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq toplanışı keçirəcək, fevralın 17-dən 24-dək isə Belarusun paytaxtı Minskdə Beynəlxalq İnkişaf Turnirində iştirak edəcək.
90plus.az xəbər verir ki, turnirdə 8 komanda 2 qrupda mübarizə aparacaq. Millimiz B qrupunda Belarus, Rusiya və Özbəkistan komandaları ilə qarşılaşacaq.
Bakı toplanışı üçün U-18 komandası üçün seçilmiş futbolçular və oyun cədvəli təqdim olunub. Belarusa bu heyətdən 21 oyunçu aparılacaq.
© Copyright 2026, All Rights Reserved