Milli komanda Belarusu uddu
18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Beynəlxalq İnkişaf Turniridə bu gün üçüncü matçını keçirib.
90plus.az xəbər verir ki, B qrupunda yer alan komandamız Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib. Minskdə, yerli futbol federasiyasının məşq meydançasında baş tutan qrupun son görüşündə Azərbaycan yığması 1:0 hesabı ilə qalib gəlib.
Millimizin heyətində qələbə qolunu 42-ci dəqiqədə Əli Bəşirov vurub.
Qeyd: Bundan əvvəlki oyunlarda Azərbaycan U-18 komandası Rusiya qarşısında 1:7, Özbəkistanla matçda isə 1:3 hesabı ilə uduzub.
© Copyright 2026, All Rights Reserved