Milli komanda Böyük Britaniyadan xalsız qayıdır

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.
90plus.az xəbər verir ki, yığmamız AVRO-2025-in seçmə mərhələsində Şimali İrlandiya ilə qarşılaşıb.
Görüş Ballimena şəhərində baş tutub. Oyun meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb. Şimali irlandiyalılar 5 cavabsız qolla qalib gəliblər. Bu nəticə millimizin sonuncu yeri tutacağını rəsmiləşdirib.
Qeyd edək ki, yığmamız seçmə mərhələdə son matçını oktyabrın 15-də səfərdə İngiltərəyə qarşı keçirəcək.
© Copyright 2025, All Rights Reserved