Ayxan Abbasov millimizin baş məşqçisidir - RƏSMİ

Bu gün AFFA-nın prezidenti Rövşən Nəcəf milli yığmanın baş məşqçisi Ayxan Abbasovla görüş keçirib.
90plus.az xəbər verir ki, görüş zamanı Rövşən Nəcəf Abbasovun U-21 komandasında gördüyü fəaliyyəti, eləcə də əsas yığmanın DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə keçirilən qarşılaşmadakı (1:1) çıxışını yüksək qiymətləndirib.
AFFA rəhbəri Ayxan Abbasovla komandanın qarşıdakı oyunları barədə fikir mübadiləsi aparıb. Rövşən Nəcəf həm məşqçiyə, həm də yığmaya rəhbərlik tərəfindən dəstəyin davam etdiriləcəyini vurğulayıb və komandaya növbəti matçlarda uğurlar arzulayıb.
Görüşdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katib Cahangir Fərəcullayev də iştirak ediblər.
Xatırlatma: Ayxan Abbasov millidə baş məşqçi vəzifəsindən ayrılan portuqaliyalı mütəxəssis Fernandu Santuşun yerinə gətirilib.
© Copyright 2025, All Rights Reserved