Milli komanda çexlərə uduzdu
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində debüt oyununu keçirib.
90plus.az xəbər verir ki, 13-cü qrupda yer alan komandamız Maltanın Ta Qali şəhərində Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.
“Centenary” stadionunda keçirilən qarşılaşma Çexiya millisinin 6:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində yeganə qol 70-ci dəqiqədə Şahismayıl Cəfərov tərəfindən vurulub.
Qeyd: U-19 komandamız növbəti oyununu noyabrın 15-də Şimali İrlandiya yığmasına qarşı keçirəcək.
© Copyright 2025, All Rights Reserved