Milli komanda Gürcüstanla oynayacaq
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası fevralın 5-dən 10-dək Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında iştirak edəcək.
90plus.az xəbər verir ki, U-17 komandası hazırlıq çərçivəsində fevralın 6 və 9-da Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu oynayacaq.
Hər iki matç Gürcüstan Futbol Federasiyasının Futbol Akademiyasında Bakı vaxtı ilə saat 13:00-da başlanacaq.
© Copyright 2026, All Rights Reserved