Milli komanda Macarıstana uduzdu
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası 2027-ci il dünya çempionatının seçmə mərhələsində ikinci matçını keçirib.
90plus.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda çıxış edən millimiz Macarıstan yığması ilə üz-üzə gəlib. Felksut şəhərində yerləşən “Panço Arena” stadionunda baş tutan qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Yığmamız ilk turda Bakıda Şimali Makedoniya komandasını 2:0 hesabı ilə məğlub etmişdi. Komandamız növbəti görüşünü aprelin 14-də səfərdə Andorra millisinə qarşı keçirəcək.
© Copyright 2026, All Rights Reserved