Milli komanda Malta ilə heç-heçə etdi
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundunda son oyununu keçirib.
90plus.az xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan millimiz Bolqarıstanın Plovdiv şəhərində təşkil olunan üçüncü qarşılaşmada Malta yığması ilə üz-üzə gəlib. “Nikola Şterev - Starika İdman Kompleksi”ndə baş tutan oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Komandamızın ilk qolunu 57-ci dəqiqədə Əli Bəşirov vurub, 72-ci dəqiqədə isə rəqib futbolçunun avtoqolu qeydə alınıb.
Beləliklə, yığmamız qrupu 3 xalla üçüncü sırada başa vurub.
Qeyd: U-17 millimiz qrupdakı əvvəlki oyunlarda Bolqarıstan (1:1) və Litva (0:0) ilə də heç-heçə edib.
© Copyright 2026, All Rights Reserved