Milli komanda məğlub oldu
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin birinci raundunda son oyununu keçirib.
90plus.az xəbər verir ki, B liqasının 6-cı qrupunda yer alan U-19 Litvanın Kaunas şəhərində Şimali İrlandiya yığması ilə qarşılaşıb.
“Raudondvario” stadionunda keçirilən görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin yeganə qolunu 25-ci dəqiqədə Tuncay Əhmədov vurub.
Qeyd: Yığmamız seçmə mərhələnin ilk turunda Litvaya 0:4 hesabı ilə məğlub olmuşdu.
© Copyright 2026, All Rights Reserved