Milli komanda səfərdə 4-0 məğlub oldu
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin birinci raunduna start verib.
90plus.az xəbər verir ki, B liqasının 6-cı qrupunda yer alan millimiz ilk oyununda Litvanın Kaunas şəhərində ev sahibi komanda ilə qarşılaşıb.
“Raudondvario” stadionunda keçirilən görüş Azərbaycan yığmasının 0:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Beləliklə, millimiz seçmə mərhələyə uğursuz nəticə ilə başlayıb.
© Copyright 2026, All Rights Reserved