Milli komanda səfərdə heç-heçə etdi
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raunduna start verib.
90plus.az xəbər verir ki, B liqasının 2-ci qrupunda yer alan millimiz ilk oyununda Bolqarıstanda ev sahibi komanda ilə üz-üzə gəlib.
Plovdiv şəhərində yerləşən "Xristo Botev" stadionunda keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Beləliklə, yığmamız turnirdə ilk matçında məğlubiyyətdən yayına bilib.
© Copyright 2026, All Rights Reserved