U-21 millimiz səfərdə qələbə qazandı
Azərbaycan U-21 millisi səfərdə Cəbəllütariq yığmasına qalib gəldi.
90plus.az xəbər verir ki, U-21 millilərin Avropa Çempionatının seçmə mərhələsində B qrupunda Azərbaycan milli komandası səfərdə Cəbəllütariq yığması ilə qarşılaşıb.
Oyunda yeganə qolu komandamızdan Murad Məmmədov vurub. Görüş milli komandamızın 1-0 hesablı qələbəsi ilə başa çatıb.
Cəbəllütariq 0 - 1 Azərbaycan
M.Məmmədov 54'
Qol: https://t.me/doxsanplus/110813
Qeyd: Bu nəticədən sonra Azərbaycan 4 xalla qrupda 5-ci yerdədir.
Bundan öncə komandamız 2 oyunda uduzub, 2 görüşdə isə heç-heçə edib.
U-21 yığmamız növbəti görüşünü 2026-cı il martın 27-də evdə Portuqaliya yığmasına qarşı keçirəcək.
© Copyright 2025, All Rights Reserved