Milli komanda uşaqlar evini ziyarət etdi - FOTOLAR

AFFA-nın təşəbbüsü ilə Sosial Xidmətlər Agentliyinin tabeliyində fəaliyyət göstərən 3 saylı uşaq evində məskunlaşan uşaqlarla Azərbaycan milli komandasının məşqçiləri və futbolçuları arasında görüş keçirilib.
90plus.az xəbər verir ki, tədbirdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, 3 saylı uşaq evinin rəhbəri Günay Manafova və Sosial Xidmətlər Agentliyinin şöbə müdiri Sevinc Əmirova iştirak edərək uşaqları salamlayıblar.
Bu görüşün əsas məqsədi uşaqların sosial inkişafına dəstək olmaq, onlara motivasiya vermək və idmanın önəmini vurğulamaq idi. Məşqçilər və futbolçular uşaqlarla birlikdə vaxt keçirərək, futbol haqqında danışıb və idmanın insan sağlamlığına faydaları barədə söhbət ediblər. Onlar uşaqlara idmanla məşğul olmağın və sağlam həyat tərzini qəbul etməyin vacibliyini tövsiyə ediblər.
Tədbirin sonunda AFFA tərəfindən uşaq evində qalan uşaqlara bayram hədiyyələri təqdim olunub, uşaq evinin rəhbərliyi isə xatirə hədiyyəsini Sərxan Hacıyevə bağışlayıb. Görüş xatirə fotosu çəkilməklə yekunlaşıb.
© Copyright 2025, All Rights Reserved