Milli komandada baş məşqçi ilə müqavilə uzadıldı
İsveç milli futbol komandasının baş məşqçisi Qrem Potterlə yeni müqavilə imzalanıb. Bu barədə İsveç Futbol Federasiyası rəsmi açıqlama yayıb.
90plus.az xəbər verir ki, ingiltərəli mütəxəssisin müqaviləsi 2030-cu ildə keçiriləcək dünya çempionatının sonuna qədər uzadılıb. Beləliklə, Potter İsveç millisini 2030 FIFA Dünya Kubokunun sonuna qədər çalışdıracaq.
Karyerası ərzində "Östersunds", "Suonsi Siti", "Brayton", "Çelsi" və "Vest Hem Yunayted" kimi klublarda işləyən Qrem Potter 2025-ci ilin oktyabr ayında İsveç millisinin baş məşqçisi təyin olunmuşdu.
Potterin rəhbərliyi altında İsveç yığması 2026 FIFA Dünya Kubokunun pley-off mərhələsinin yarımfinalında çıxış edəcək. Komanda martın 26-da Ukrayna millisi ilə qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved