Milli komandadan növbəti qələbə

Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün "Slovenia Nations Cup" adlı yoldaşlıq turnirində ikinci qarşılaşmasını keçirib.
90plus.az xəbər verir ki, U-19 komandamız Farer adalarının eyni yaş kateqoriyasına aid komandası ilə üz-üzə gəlib. "Çatej" stadionunda baş tutan oyunda Elxan Abdullayevin başçılıq etdiyi kollektiv 2:1 hesabı ilə qalib gəlib. Yığmamızın qollarını 21-ci dəqiqədə Rauf Qafarov və 57-ci dəqiqədə penalti zərbəsi ilə Eltun Babazadə vurublar.
Komandamız bu heyətlə meydana çıxıb:
22.Ayxan Abbaszadə, 4. Məsud Əlişanlı, 5. Əlibəy Mahmudov (63-cü dəq. 21. Ömər Həsənli), 6. Ramin Avazov (46-cı dəq. 7. Ziya Şəkərxanov), 8. Əliəkbər Rzazadə, 9. Nihad Orucəli, 10. Şahin İbrahimov (67-ci dəq. 14. Əhməd Vəliyev / 90-cı dəq. 15. Röyal Fərzullazadə), 11. Mehdi Mütəllimli (63-cü dəq. 20. Arzu Mədətov), 17. Rauf Qafarov, 18. Həzrət Səmədov (46-cı dəq. 3. Vüsal Paşayev), 19. Eltun Babazadə.
Qeyd: Beynəlxalq turnir çərçivəsində ilk qarşılaşmada Azərbaycan U-19 komandası İslandiya yığmasına da 2:1 hesabı ilə qalib gəlmişdi. Komandamız növbəti oyununu sentyabrın 9-da Polşa millisinə qarşı keçirəcək.
© Copyright 2025, All Rights Reserved