Milli komandamız Avropa çempionatında yarımfinalda uduzdu

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa Çempionatı – 2025-in (EBSL) növbəti matçını keçirib.
90plus.az xəbər verir ki, yığmamız turnirin yarımfinal mərhələsində Rumıniya millisi ilə üz-üzə gəlib. İtaliyanın Viareccio şəhərində baş tutan qarşılaşma rəqibin 5:3 hesablı qələbəsi ilə başa çatıb.
Komandamızın heyətində Sahib Məmmədov iki, Comərd Baxşəliyev isə bir qol müəllifi olub.
Azərbaycan yığması üçüncü yer uğrunda sentyabrın 14-də Qazaxıstan millisi ilə qarşılaşacaq.
© Copyright 2025, All Rights Reserved