Milli komandamız bu dəfə qazaxları uddu

Bu gün Azərbaycan U-17 milli komandası UEFA İnkişaf Kubokunda üçüncü görüşündə qazaxıstanlı həmyaşıdlarına qalib gəlib.
90plus.az xəbər verir ki, komandamız Belarusun paytaxtı Minskdə keçirilən turnirdə Qazaxıstan yığması ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
Millimizin heyətində qolları 57-ci dəqiqədə Əhməd Vəliyev, 66-cı dəqiqədə isə İmran Süleymanzadə vurub.
Qeyd: Komandamız turnirdə əvvəlki iki oyununda Rusiyaya 0:3 hesabı ilə uduzub, İrana isə 1:0 hesabı ilə qalib gəlib.
© Copyright 2025, All Rights Reserved