Milli komandamızın üzvü əməliyyat olundu
“Araz-Naxçıvan” klubunun və Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədov əməliyyat keçirib.
90plus.az xəbər verir ki, futbolçu DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə oyuna hazırlıq zamanı zədələnmişdi. Müayinələr nəticəsində Rahil Məmmədovda budun gətirici əzələlərindən birinin tam qopması diaqnozu qoyulub.
Əməliyyat Finlandiyada uğurla icra olunub. Klubun yaydığı məlumata görə, futbolçu artıq özünü yaxşı hiss edir. Onun məşqlərə nə vaxt başlayacağı barədə əlavə məlumat daha sonra veriləcək.
© Copyright 2025, All Rights Reserved