Milli komandanın oyununu portuqaliyalılar idarə edəcək
Azərbaycanın qadın futbolçulardan ibarət yığmasının dünya çempionatının seçmə mərhələsində Macarıstana qarşı keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.
90plus.az AFFA-ya istinadən xəbər verir ki, C Liqasının 3-cü qrupunda baş tutacaq qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.
Filipa Pereyra Kunya matçın baş hakimi olacaq. Ona yan xətt hakimləri Andreya Souza və Kristiana Moreyra Koşta kömək edəcəklər. Dördüncü hakim vəzifəsini isə Sara Alveş yerinə yetirəcək.
Qeyd: Görüş martın 7-də, Bakı vaxtı ilə saat 17:30-da Panço Arenada keçiriləcək.
© Copyright 2026, All Rights Reserved