Millimiz bu komandalarla qarşılaşacaq

Bu gün 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçiriləcək 2027-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.
90plus.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri də müəyyənləşib.
B qrupunda yer alan yığmamız Portuqaliya, Çexiya, Bolqarıstan, Şotlandiya və Cəbəllütariq komandaları ilə qarşılaşacaq.
Seçmə mərhələ 2025-ci ilin mart ayında başlayacaq və 2026-cı ilin oktyabrına qədər davam edəcək.
Mənbə: AFFA
© Copyright 2025, All Rights Reserved