Millimiz MDB-yə qələbə ilə başladı

Azərbaycanın U-16 millisi ölkəmizdə keçirilən III MDB Oyunlarında ilk matçına çıxıb.
90plus.az xəbər verir ki, A qrupunda mübarizə aparan yığmamız Tacikistan U-16 komandası ilə üz-üzə gəlib. Qarşılaşmadan əvvəl Vətənimizin azadlığı uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qəbələ şəhər stadionunda baş tutan görüş millimizin 1:0 hesablı qələbəsi ilə tamamlanıb. Yeganə qolu 29-cu dəqiqədə Nihat Hüseynzadə vurub.
Qeyd: U-16 millimiz qrupdakı növbəti oyununu oktyabrın 1-də Qırğızıstan yığmasına qarşı keçirəcək.
© Copyright 2025, All Rights Reserved