Millimizə daha bir Avropa komandası rəqib oldu

Azərbaycan milli komandasının növbəti yoldaşlıq oyunu üçün rəqibi müəyyənləşib.
90plus.az xəbər verir ki, əsas yığmamız Latviya ilə qarşılaşacaq. Oyun iyunun 7-də bu ölkənin paytaxtı Riqada keçiriləcək. Bu barədə AFFA rəsmi məlumat yayıb.
Matçın başlama saatı və oynanılacaq stadionla bağlı əlavə məlumat sonradan açıqlanacaq.
Qeyd: Millimiz martın 25-də Belarus, iyunun 10-da isə Macarıstan yığması ilə ölkəmizdə yoldaşlıq görüşü keçirəcək.
© Copyright 2025, All Rights Reserved