Millimiz Monteneqro ilə heç-heçə oynadı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti yoldaşlıq görüşünü keçirib.
90plus.az xəbər verir ki, Ayxan Abbasovun başçılıq etdiyi komanda Bakıda Monteneqro millisi ilə qarşılaşıb. Sumqayıt şəhər stadionunda baş tutan oyun qolsuz bərabərliklə yekunlaşıb.
Xatırlatma: Azərbaycan U-21 yığması iyunun 4-də səfərdə Belarus U-21 komandasına 1:3 hesabı ilə uduzmuşdu.
Azərbaycan U-21 – Monteneqro U-21 0:0
© Copyright 2025, All Rights Reserved