Millimiz qalib gəldi

Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilk yoxlama oyununu keçirib.
90plus.az xəbər verir ki, U-17 millimiz Qazaxıstanın eyni yaş kateqoriyasına aid komandası ilə qarşılaşıb.
Görüş təmsilçilərimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb. U-17 komandamızın heyətində 28-ci dəqiqədə Nicat Kərimov fərqlənərək hesabı açıb. 77-ci dəqiqədə isə rəqib futbolçunun avtoqolu nəticəsində hesab artırılıb.
Xatırlatma: Yığmamız növbəti yoxlama görüşünü iyunun 10-da Gürcüstan komandası ilə keçirəcək.
© Copyright 2025, All Rights Reserved