Millimizə yazılan futbolçu Moskva klubuna keçdi
Əslən Azərbaycandan olan futbolçu Sadıq Bağıyev "SKA-Xabarovsk" klubundan Rusiyada başqa komandaya transfer olunub.
90plus.az xəbər verir ki, AFFA-nın da diqqətində olan və milli komandamız üçün potensial namizəd olan Bağıyev "Torpedo" ilə razılığa gəlib.
Həmyerlimiz Moskva təmsilçisi ilə 3,5 illik müqavilə bağlayıb və transfer artıq rəsmiləşib.
"Torpedo" Bağıyev üçün "SKA-Xabarovsk"a 14 milyon rubl (təxminən 300 min manat) ödəniş edib. 21 yaşlı oyunçu 2024-cü ilin sentyabr ayında "Kuban Holdinq"dən "SKA-Xabarovsk"a keçmişdi.
O, bundan öncə "Ekaterinodar" və "Spartak" (Tambov) klublarında çıxış edib.
© Copyright 2026, All Rights Reserved