Millimizdən tarixin ən qollu qələbəsi gəldi
Azərbaycan millisindən tarixi qələbə – 6 qol
Azərbaycan millisi bu gün “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində ilk oyununa çıxıb.
90plus.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu yığma Sent Lüsiya millisi ilə qarşılaşıb.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş Azərbaycan millisinin 6:1 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticə yığmamızın tarixində ən böyükhesablı qələbə kimi qeydə alınıb:
Azərbaycan 6 - 1 Sent Lüsiya
E. Mahmudov 2’ (p)
R. Sadıxov 21’
M. Qurbanlı 37’
Filipp 52’ (p)
T. Bayramov 64’
İsgəndərli 86’
Əhmədzadə 89’
Qollar:
https://t.me/doxsanplus/115755
https://t.me/doxsanplus/115756
https://t.me/doxsanplus/115757
https://t.me/doxsanplus/115759
https://t.me/doxsanplus/115762
FIFA Series 2026:
Bu oyun Azərbaycan millisinin 2026-cı ildə ilk matçı olub.
Qeyd: Hazırda Azərbaycan millisi FIFA reytinqində 125-ci, Sent Lüsiya isə 167-ci pillədə qərarlaşıb.
Azərbaycan millisi turnirdə növbəti oyununu martın 30-da Syerra Leone yığmasına qarşı keçirəcək.
© Copyright 2026, All Rights Reserved