Millimizin futbolçusuna səfər oyunu üçün viza vermədilər

Azərbaycan yığmasının üzvü Mustafa Əhmədzadə viza ala bilmədiyi üçün millidən kənarda qalıb.
90plus.az xəbər verir ki, gənc yarımmüdafiəçi Millətlər Liqasının 6-cı turunda komandamızın İsveçə qarşı səfər oyununa bu səbəbdən yollana bilməyib.
Qeyd: Mustafa Əhmədzadə "Araz Naxçıvan"ın oyunçusudur.
Xatırlatma: İsveç - Azərbaycan görüşü 19 noyabr saat 23:45-də başlayacaq.
© Copyright 2025, All Rights Reserved