Millimizin heyəti açıqlandı
Milli komanda Avstriyada iki yoxlama oyunu keçirəcək – heyət açıqlanıb.
90plus.az xəbər verir ki, Azərbaycan milli futbol komandası yay hazırlıq planını müəyyənləşdirib. Yığmamız mayın 28-dən 30-dək Bakıda, iyunun 1-dən 10-dək isə Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışı keçirəcək.
Toplanış çərçivəsində millimiz iki yoxlama oyunu da oynayacaq. Komanda iyunun 5-də Malta, iyunun 9-da isə San Marino yığması ilə üz-üzə gələcək. Görüşlər Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda baş tutacaq və hər iki qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Baş məşqçi hazırlıq toplanışı üçün geniş heyəti də açıqlayıb:
Qapıçılar: Rza Cəfərov (“Qəbələ”), Şahrudin Məhəmmədəliyev (“Qarabağ”), Emil Balayev (“Neftçi”)
Müdafiəçilər: Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Toral Bayramov (hamısı “Qarabağ”), Cəlal Hüseynov (“Arda”, Bolqarıstan), Anton Krivotsyuk (“Daejon Hana”, Cənubi Koreya), Rahil Məmmədov (“Araz-Naxçıvan”), Elvin Bədəlov (“Neftçi”), Rəhman Daşdəmirov, Tellur Mütəllimov (“Sabah”), Qismət Alıyev (“Zirə”), Rüfət Abbasov (“Şamaxı”)
Yarımmüdafiəçilər: Emin Mahmudov, Emil Səfərov (hər ikisi “Neftçi”), Səbuhi Abdullazadə, Rüstəm Əhmədzadə (hər ikisi “Sumqayıt”), Rəhim Sadıxov, Ayxan Hüseynov (hər ikisi “Turan Tovuz”), Abdulla Xaybullayev, Aleksey İsayev, Xəyal Əliyev (hamısı “Sabah”), Vüsal İsgəndərli (“Partizani”, Albaniya)
Hücumçular: Nəriman Axundzadə (“Kolumbus Kryu”, ABŞ), Mahir Emreli (“Kayzerslautern”, Almaniya), Renat Dadaşov (“Motor”, Polşa)
Millinin bu toplanışı qarşıdakı rəsmi oyunlar üçün əsas hazırlıq mərhələsi kimi dəyərləndirilir.
© Copyright 2026, All Rights Reserved